turklehceleri.org

rabitə

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

rabitə

is. [ər.]
1. Bağlılıq, münasibət. Nəzəriyyə ilə təcrübə arasında rabitə. İşi ilə sözü arasında rabitə yoxdur. – Aldığım məktubla “sizi tanıyıram” sözü arasında sıxı bir rabitə vardı. S.Hüseyn. // Əlaqə, münasibət, irtibat. Rabitə xidməti. Canlı rabitə. Telefon rabitəsi. – [Müəllim:] Əlbəttə, həmişə kəndlə şəhərin arasında rabitə vacibdir. Ə.Haqverdiyev.
2. Texniki vasitələrin köməyi ilə müəyyən məsafədə əlaqə saxlayan idarələr sistemi (poçt, teleqraf, telefon, radio). Rabitə işləri. Rabitə şöbəsi. Rabitə işçiləri. // Hərbi hissələr arasında müxtəlif vasitələrlə həyata keçirilən əlaqə xidməti; irtibat. Rabitə rotası. – Rabitə batalyonu və 3-cü briqadanın qərargahının komendant hissəsi isə şəhərin müsəlmanlar yaşayan şimal-qərb səmtində yerləşdirilmişdi. İ.Şıxlı.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

rabitə

əlaqə, münasibət, bağ
{alaka, ilişki, bağ}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

rabitə

bağlantı, ulaşım


Last searches: