qəşş
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
qəşş
is. [ər.] Özündən getmə, ürəyi getmə, bayılma, bayğınlıq. Mən qorxudan bihuş olub yıxıldım; Qəşş aləmində bir tamaşa qıldım. A.Səhhət. • Qəşş etmək (eləmək) – 1) özündən getmək, ürəyi keçmək, bayılmaq. ..Ölünün başı dikəldi. Bunu gördükdə Molla Qasım qışqırıb qəşş etdi. S.S.Axundov. Xan .. Zamanın birçəklərindən yapışıb ayağının altına saldı. Nökər yerə düşüb qəşş etdi. Çəmənzəminli; 2) həddindən artıq istəmək, bir şeyin arzusunda, həsrətində olmaq. Qəşş olmaq – son dərəcə ruhlanmaq, canlanmaq, ləzzət aparmaq. Nə müqəddəs havası var .. hər an; Nəfəs aldıqda qəşş olur insan. H.Cavid.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
qəşş
baygınlıq
{baygınlık}