qəti
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
qəti
sif. və zərf [ər.]
1. Rədd edilməsi mümkün olmayan, etiraza yol verməyən; pozulmaz, möhkəm. Qəti əmr. Qəti tapşırıq. Qəti qərar. – Sarxan xırıltılı səsi ilə kinli və qəti dedi: – Qoy öldürsünlər.. M.Hüseyn. Sübhanverdizadə qəti bir ahəng və pıçıltı ilə: “Belə, ancaq belə!” – dedi. S.Rəhimov.
2. Son, axırıncı, həlledici. Qəti cavab. Onunla qəti danışmaq lazımdır. – Hüsaməddin Qətibənin sözlərinə qəti cavab vermədi. M.S.Ordubadi. Burlaxatun son qəti dəqiqələrin gəldiyini hiss edib, .. vəsfəgəlməz iztirablar çəkirdi. M.Rzaquluzadə.
3. Tam yəqinliklə, tamamilə, möhkəm surətdə. Qəti demək olar. // Tərəddüdsüz, sarsılmaz, möhkəm. [Barxudar] əlində paket iri və qəti addımlarla qutuya yaxınlaşanların ayaq səslərini eşidirdi. Mir Cəlal.
4. Ən təsirli, ən şiddətli, ən kəskin, ən güclü. Qəti tədbir görmək.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
qəti
I. möhkəm
{sağlam}
II. son, axırıncı, həlledici
{son, sonuncu, kesin}
III. tə’sirli, kəskin, güclü, şiddətli
{tesirli, keskin, güçlü, şiddetli}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
qəti
kati, kesin, maktu, nihai, sıkı, somut