qıraq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
qıraq
is.
1. Bir şeyin kənarı, həddi, son xətti, yan tərəfi, yanı. Stolun qırağı. Bağlar yol qırağı ilə uzanıb gedir. – Sağ əlimi masanın qırağına dayayıb durdum. A.Şaiq. Firidun xırmanın qırağında hələ döyülməmiş buğda tayasının yanında uzanmışdı. M.İbrahimov. • Özünü qırağa vermək – kənara çəkilmək, bir yana çəkilmək. // Haşiyə, kənar. Bezin qırağı. Xalçanın qırağı. – Qırağına bax, bezini al. (Ata. sözü).
2. Sahil, kənar. Balıqçılar qayıq ilə qırağa çıxdılar. Dəniz qırağında gəzmək. – Gözüm yollarda qalmışdır; Xəbər yox Kür qırağından. S.Vurğun.
3. sif. Kənar, yad, özgə. Stolun başında bir nəfər də olsun qıraq adam yox idi. M.S.Ordubadi.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
qıraq
I. kənar, yan
{kenar, yan}
II. sahil, kənar
{sahil, kenar}
III. kənar, yad, özgə
{kenar, yabancı, başka}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
qıraq
kenar, kıyı