qüdrət
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
qüdrət
is. [ər.]
1. Böyük qüvvət, güc. Vətənimizin hərbi və iqtisadi qüdrəti gündən-günə artır. // Ümumiyyətlə, güc, iqtidar, qüvvət, bacarıq. Yorulmaq bilməmiş əqlin qanadı; Gör insan əqlinin nə qüdrəti var. S.Vurğun. Can usta, axı mənim böyük bir niyyətim var; Mənim həyat qurmağa qəlbim var, qüdrətim var. M.Müşfiq. Bu ellər ən çətin dəqiqələrdə; Güvəndi, inandı öz qüdrətinə. O.Sarıvəlli.
2. Təsir qüvvəsi, böyük nüfuz qüvvəsi. [Nizami:] Gəncənin ən böyük şeir ustadı Məhsəti xanım sənətin qüdrətini Munisə göstərir. M.Hüseyn. Təbindəki, dühasındakı nəhəng qüdrəti ilə zülmə, haqsızlığa üsyan edən şairin səsi boğulmuşdu. Mir Cəlal.
3. Taqət, iqtidar, güc. Qüdrətim olmadı ki, danışam.
4. Möhkəmlik, iradə, iradə qüvvəsi. [Solmaz:] Ancaq unutma ki, mən ərlərdə qüvvət, qüdrət və cəsarəti sevirəm. C.Cabbarlı. O, insanın böyüklüyünü və ruhi qüdrətini kəşf etdiyi üçün, artıq ağır yaralılar qarşısında çarəsiz bir uşaq kimi ağlamaqla kifayətlənməzdi. Ə.Məmmədxanlı. // Cəsarət. Axır nə səbəbə söz deməyə qüdrətin olsun? M.Ə.Sabir.
5. Təbiət, fitrət, yaradılış. Zülhəyat oldı ləbindən Xizrivü İsa layəmut; Gör bu qüdrət möcüzi kim, ləli-sirabındədir. Nəsimi. Söz yox ki, hüsnünə xilqət günündə; Qüdrət qələm çalmış, susmuş mələklər. Ə.Cavad. // Çıx. halında: qüdrətdən – təbiətdən, fitrətdən, yaradılışdan. Qaşın bir nundur çəkmiş qəza nəqqaşı qüdrətdən. M.V.Vidadi.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
qüdrət
I. qüvvet, güc
{kuvvet, güç}
II. taqət, iqtidar, güc
{takat, iktidar, güç}
III. möhkəmlik, iradə
{güçlülük, iradelilik}
IV. təbiət, fitrət
{tabiat, yaradılış}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
qüdrət
kudret