turklehceleri.org

qoşulmaq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

qoşulmaq

f.
1. “Qoşmaq”dan məch. Atlar arabaya qoşulmuşdur. Fayton qoşulmuşdur. Vaqonlar parovoza qoşuldu.
2. t-siz. Birləşmək, qarışmaq, daxil olmaq, bir işin iştirakçısı olmaq. Fəhlələrin daha düzgün fənd işlətdiklərini görən yanğın alayı da onlara qoşuldu. M.Hüseyn. Payızda [Şamama] da anasına qoşulub pambıq yığırdı. İ.Əfəndiyev. // Şərik olmaq, razı olmaq, qəbul etmək. Yoldaş sədr, cavanlar deyənə mən də qoşulub qol qoya bilərəmmi? Mir Cəlal.
3. t-siz. Yoldaş olmaq, birləşmək, əlaqə saxlamaq. [Məsmə:] Xəstəxanaya getməyə ürəyim gəlmirdi. Nəhayət, bir gün tanış bir qadına qoşulub oraya getdim. S.Hüseyn.
4. Məşğul olmağa başlamaq, pis iş dalınca getmək. [Naçalnik:] Sən mənim məsləhətimi eşitməyib, yenə yaman işə qoşuldun. M.F.Axundzadə.
5. t-siz. Qarışmaq, müdaxilə etmək. [Məşədi Qurban:] Sənlik nə var ki, bu işə qoşulursan? Sən nəçisən? M.F.Axundzadə. O, heç özünün də xəbəri olmadan söhbətə qoşulmuşdu. Ə.Əbülhəsən. ‣ Qoşulub qaçmaq (getmək) – köhnə məişətdə: ata-anasının razılığı və xəbəri olmadan, qızın sevdiyi oğlanın evinə getməsi. [Sona xanım:] Mən toy istəmirəm. Elə toysuz gedəcəyəm. Qoşulub qaçan .. bir mən deyiləm; gündə yüzü qoşulub qaçır. M.F.Axundzadə. Gülpərinin könlü əmisi oğlunda idi. Ona görə ona qoşulub qaçmaq istəyirdi. S.S.Axundov. [Məhərrəm:] Mən sənin yerinə olsam, Cahangir, əhvalatı düz Rüstəm bəyin özünə deyərəm və qandıraram ki, qızın Rəşid bəyi doğrayan Heydər bəyin oğluna qoşulub qaçmaq istəyir, onda bəlkə... N.Vəzirov.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

qoşulmaq

I. bağlanmaq, birləşmək
{bağlanmak, birleşmek}

II. qarışmaq
{karışmak}

III. razılaşmaq, şərikləşmək
{anlaşmak, ortaklaşmak}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

qoşulmaq

katılmak, tutuşmak


Last searches: