qoymaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
qoymaq
f.
1. Bir şeyi bir yerə buraxmaq, bir şeyi bir yerə yerləşdirmək. Kitabı şkafa qoymaq. Paltarları sandığa qoymaq. Şeyləri yerinə qoymaq. Yaylığı cibinə qoydu. – [Qulu:] Otaq təmizdir. Ancaq heç şeyimiz yoxdur ki, qoyaq. N.Nərimanov. Kərim kitabı büküb pəncərəyə qoydu. M.İbrahimov.
2. Əmanət vermək, tapşırmaq, saxlamaq üçün vermək. Pullarını əmanət kassasına qoymaq. Pullarını banka qoymaq.
3. Oxumaq, işləmək və s. üçün bir yerə göndərmək, vermək, düzəltmək. Uşaqları məktəbə qoymaq. İşə qoymaq. – Ona binaən onu uşaq ikən gətirib şəhri-Qəzvində məktəbə qoydu. M.F.Axundzadə. Ağca xanımın təkidi ilə Gəldiyev İzzəti bağçaya qoydu. Mir Cəlal.
4. Bir şey etməyə icazə vermək, yol vermək, imkan vermək, buraxmaq. [Cənnət:] Mirzə, .. o məni o qədər yandırıbdır ki, bundan sonra onu evə də qoymaq istəmirəm. N.Vəzirov. Ədə, Həsənəli, qoyma, öküz girdi bağçaya, ağacları sındıracaq. C.Məmmədquluzadə.
5. Rahat buraxmaq, imkan vermək. Bir tacirin şöhrətinin dərdi qeyri bir taciri qoymaz yuxu yuxlasın. C.Məmmədquluzadə. Lakin qəza təşkilatları Qəhrəmanı özlüyündə qoymur, onu o yan-bu yana çəkişdirirlər. S.Rəhimov.
6. Təxir etmək, saxlamaq, sonraya buraxmaq, başqa bir vaxta keçirmək, ləngitmək. Bu günün işini sabaha qoyma! Söhbəti sonraya qoyaq. İmtahanı axşama qoydular. – Yarın vüsalın istə bu gün, qoyma yarına; Yarın vüsalı yarına qalmaq gümanədir. Nəsimi.
7. Həvalə etmək, yükləmək, tapşırmaq. Usta adı böyük addır, bu ad hər adamın üzərinə böyük vəzifələr qoyur.
8. Təsis etmək, tikmək, qurmaq. Heykəl qoymaq. Abidə qoymaq. – ..Bu axır vaxtlarda Qafqazın müsəlmanları gözlərini açıb başlayıblar hey bir ucdan məktəb binası qoymağa. C.Məmmədquluzadə. Dənizdə buruq qoymağın çətinliyini yoldaşlar yaxşı bilirlər. M.Hüseyn.
9. Geymək, yaxud geydirmək, başına keçirmək. Başına araqçın qoymaq. – [Rəxşəndə] saçlarını vurdurmuş, başına çəpəki olaraq qırmızı rəngli qadın papağı qoymuşdu. M.İbrahimov. Gənc qızlar yüyürüşüb oğlanın başına ətirli dağ çiçəklərindən .. çələnglər qoydular. M.Rzaquluzadə.
10. Sərf etmək, işlətmək, xərcləmək. Pul qoymaq. Maya qoymaq. Mən bu işə zəhmət qoymuşam. – Bir də ayrıca-ayrıca yazıb göstərərdi ki, qonşularından nə qədər pul borc alıb, bayram süfrəsinə qoyubdur. S.Rəhimov.
11. Müəyyən bir təsir əmələ gətirmək məqsədi ilə bir şeyin üstünə, arasına yerləşdirmək, salmaq, döşəmək. Kompres qoymaq. Zəli qoymaq. Xəstəyə banka qoymaq. Termometr qoymaq.
12. Təyin etmək. Məsul işə qoymaq. Növbətçi qoymaq. Onu zavoda direktor qoyublar.
13. Müəyyən etmək. Vaxt qoymaq. Möhlət qoymaq.
14. Həll etmək, yerinə yetirmək, yaxud müzakirə üçün irəli sürmək, təklif etmək. Məsələni ciddi qoymaq. Qərarı müzakirəyə qoymaq.
15. Yazı ilə ifadə etmək, işarə etmək; yazmaq. Durğu işarələri qoymaq. Şagirdə “yaxşı” qiymət qoymaq. Nişan qoymaq.
16. Düzəltmək, təşkil etmək, tərtib etmək. Tamaşaya qoymaq. Təcrübə qoymaq.
17. Bir adam və ya şey üçün hər hansı bir şərait, vəziyyət yaratmaq, bu və ya digər vəziyyətə, şəraitə düşməsinə səbəb olmaq. Çətin vəziyyətdə qoymaq. – Bəndə saldın mənim kimi dustağı; Çox məni qoyubsan darda, gül, Pəri. Aşıq Abbas. Kitayda yapon malını boykot eləyib, yapon karxanalarını işsiz qoyublar. C.Məmmədquluzadə. [Pristav:] Bu kasıb bədbəxtin öküzünü aparıbsan, əli qoynunda qoyubsan. Ə.Haqverdiyev.
18. Bir şeyə lazımi vəziyyət vermək, lazımi şəklə salmaq. Gəzərkən ayaqlarını düzgün qoymaq.
19. Uzatmaq, saxlamaq. Saç qoymaq. Bığ qoymaq. Saqqal qoymaq.
20. Gedərkən özü ilə bərabər götürməmək, olduğu, çatdığı, gəldiyi yerdə buraxmaq. Uşaqları evdə qoymaq. Gözlüyümü evdə qoymuşam. – İskəndər onlara [qala əhlinə] başqa yer verib, qalanı təmir etdirdi və orada bir qədər qoşun qoydu. ..A.Bakıxanov.
21. Hər hansı bir vəziyyətdə, şəkildə, halda saxlamaq. Məsələni açıq qoymaq (həll etməmək). Məni rahat qoy! Bu hadisə bizi heyrətdə qoydu.
22. Saxlamaq. Axşama bir az çörək qoy.
23. Buraxmaq, buraxıb getmək, tərk etmək, atmaq, atıb getmək (bəzən “qoyub getmək” şəklində işlənir). Yoldaşını təhlükədə qoyma! Ailəsini qoyub getdi. – A kişi, ya bez, ya zər, sizə nə? Nə gətirdi öz evinə aparacaq. Sənin evində ki qoymayacaq. H.Sarabski. Əziziyəm, bir yana; Bir alışa, bir yana; Camalın müştağıyam; Qoyub getmə bir yana. (Bayatı).
24. Keçmək, fəda etmək, sərf etmək, həsr etmək. Vətən yolunda canını qoymaq. – Yolunda qoydu Nəsimi cahan ilə canı. Nəsimi.
25. dan. Kəsilmək, dayanmaq, yox olmaq. Dişimin ağrısı qoydu.
26. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: ad qoymaq, qol qoymaq, çay qoymaq, səsə qoymaq, lağa qoymaq, araya qoymaq.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
qoymaq
I. buraxmaq
{bırakmak}
II. yükləmək
{yüklemek}
III. tikmək, qurmaq
{dikmek, kurmak}
IV. geymək
{giymek}
V. uzatmaq, saxlamaq
{uzatmak, saklamak}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
qoymaq
bırakmak, koymak
Uyghur—Turkish Dictionary (Kurban, 2016)
qoymaq
Koymak, bırakmak. Ornigha qoymaq – Yerine koymak. Qol qoymaq – İmza atmak. U héch némini qoymidi – O hiçbir şey bırakmadı. Qoysangchu – Boşver, bırak. Yaman adetni qoy! – Kötü alışkanlığı bırak! U kirgili qoymidi – O içeri bırakmadı. Oyun qoymaq – Oyun koymak (sahnedeki gösteri). At qoymaq – Ad koymak, adlandırmak. Köngül qoymaq – Gönül vermek; sevmek. Teyyarlap qoymaq – Hazır hale getirmek.