turklehceleri.org

qonşu

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

qonşu

1. is. Birinin bilavasitə yaxınlığında, yaxud birisi ilə yanaşı yaşayan adam. Həyət qonşusu. Ev qonşusu. Otaq qonşusu. Qapı qonşusu. – Qonşumuz Kərbəlayı Heydərin iki oğlu var idi. C.Məmmədquluzadə. Pələngin dərisini soyub, evə dönərkən qonşular başıma toplandı. A.Şaiq. Bu zaman qonşunun kamanı dilləndi. İ.Əfəndiyev.
2. sif. Qonşuluqda, bilavasitə yaxınlıqda, ya yanaşı olan. Qonşu həyət. Qonşu ev. Qonşu otaq. Qonşu ölkə. – [Almaz:] Bu, mənim nişanlımın ən yaxın bir dostudur. Qonşu kənddə müəllimdi.. C.Cabbarlı. Qonşu həyətin qapısı başqa küçəyə açılırdı. Mir Cəlal. Rəhim bəy rəngi kül kimi bozarmış halda cəld addımlarla qonşu otağa keçdi. M.Hüseyn.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

qonşu

komşu


Last searches: