turklehceleri.org

qismət

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

qismət

is. [ər.]
1. Tale, nəsib, qədər, bəxt; bəxtə çıxan şey. [Falçı qarı:] Ay cavan, atdan düş, bir falına baxım. Sənin qismətində, deyəsən, bir gözəl var. Çəmənzəminli. Bizim qismətimiz göz yaşı deyil; Bizimdir yaşamaq, gülmək həvəsi. S.Vurğun. // məc. Pay. Bu günəşdən mənim niyə qismətim olmasın? Mir Cəlal. Biz qismətimizə düşən ağır yolu keçməsək, gələcək nəsillərimiz də o işığa tez gəlib qovuşmaz. Ə.Məmmədxanlı. • Qismət olmaq – bəxtinə çıxmaq, nəsib olmaq, payına düşmək, çatmaq. Bəxtəvər başına sənin, ey rəqib; Xeyir sənə qismət oldu, şər mənə. Q.Zakir. Səndə bitər bir neçə vecsiz qoza; Ancaq o da qismət olar donquza. M.Ə.Sabir. [Hacı Həsən:] Bir belə müqəddəs şəxs ilə qohum olmaq elə bir qənimətdi ki, dünyada az-az adama qismət ola bilər. C.Məmmədquluzadə.
2. Parça, hissə. Həmin hekayə iki qismətdən ibarətdir: biri o idi ki, mən indi nəql elədim. C.Məmmədquluzadə.
3. riyaz. Bir ədədin başqa ədədə bölünməsindən alınan ədəd.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

qismət

I. tale, nəsib, qədər, bəxt
{talih, nasip, kader, baht}

II. pay
{pay}

III. parça, hissə
{pay, hisse}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

qismət

kısmet


Last searches: