qeyzli
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
qeyzli
sif. və zərf Hiddətli, acıqlı, hirsli, qəzəbli; hiddət, acıq, hirs, yaxud bərk narazılıq ifadə edən. Qeyzli baxış. Qeyzli sifət. – Heydər əmi qeyzli çıxardı küçəyə və gəlib yapışardı qulaqlarımdan, qalxızardı göyə. C.Məmmədquluzadə. Kassiri qeyzli çağırıb buyurdu ki, “komandir”ə on manat versin. Ə.Haqverdiyev. qeyzli-qeyzli zərf Acıqlı-acıqlı, hiddətlə. Qeyzli-qeyzli danışmaq. – Lütfəli bəy evinə gəlib, qeyzli-qeyzli gəzinərək öz-özünə deyirdi: – Arvad, dayan, gör mən sənə nə qayıraram. İ.Musabəyov.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
qeyzli
kızgın