dəhliz
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
dəhliz
is. [fars.]
1. Ev qapısı ilə otaqların qapıları arasında olan üstüörtülü aralıq; koridor. Yığılıb dağ kimi hər yanda kitab; Evdə, dəhlizdə və eyvanda kitab. M.Ə.Sabir. Əyləşir qocalar ikibir, üçbir; Qocalar evinin dəhlizlərində. B.Vahabzadə. // Küçə qapısı ilə ev, yaxud evlə həyət arasında üstüörtülü yol. Burası qəsrin həyətini küçə qapısı ilə bir-birinə vəsl edən dəhlizdən ibarət idi. M.S.Ordubadi.
2. məh. Böyük otağa yapışıq kiçik otaq.
3. məh. Keçid. .. Dərənin arxasındakı dəhlizdə üst-üstə yığılan pətəklərdən .. arılar dəstə-dəstə çıxırdılar.. S.Rəhimov.
4. is. tib. Qulaq boşluğu, orta qulaq.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
dəhliz
keçid
{geçit}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
dəhliz
dehliz, koridor