turklehceleri.org

bəsləmək

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

bəsləmək

f.
1. Tərbiyə edib böyütmək, boya-başa çatdırmaq. Madərləriniz etdi sizə mehrü məhəbbət; Ağuşi-şəfəqqətdə sizi bəslədi rahət. M.Ə.Sabir. Anadır hər kişiyə öz vətəni; Bəsləyib sinəsi üstündə onu. A.Səhhət. // Yetişdirmək, becərmək. Körpə heyvanları bəsləmək. – İpək qurdlarını bəsləmək üçün respublikamızın alimləri iriyarpaqlı yaxşı ipək verən zərif tut ağacları yetişdirmişlər. M.Axundov.
2. Qidalandırmaq, yedirmək, yediribiçirtmək, yedirib-kökəltmək. Ətlik qoyunları qidalı yemlərlə bəsləmək. – Cəm edəcək tarlasının hasilin; Bəsləyəcək ailəsin, həm elin. M.Ə.Sabir.
3. məc. Qorumaq, saxlamaq. Bəbəktək bəslədim daim gözümdə xali-hinduni. Nəsimi.
4. Duymaq, hiss etmək, ürəyində saxlamaq. Onların hamısına eyni hiss və münasibət bəslədiyim halda, bir dəstə gülü kimə verəydim? Mir Cəlal.
5. “Etmək” sözünün sinonimi kimi bəzi isimlərə qoşularaq, mürəkkəb feil düzəldilir; məs.: ümid bəsləmək, etibar bəsləmək, nifrət bəsləmək.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

bəsləmək

I. yetişdirmək, becərmək, böyütmək
{yetiştirmek, bakmak, büyütmek}

II. yedirtmək
{yedirmek}

III. qorumaq, saxlamaq
{korumak, kollamak}

IV. duymaq
{duymak}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

bəsləmək

beslemek


Last searches: