turklehceleri.org

qayğısız

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

qayğısız

sif.
1. Fikri, qayğısı olmayan, heç bir şeyin fikrini, qeydini çəkməyən; fikirsiz, laqeyd. [Kərim xan] Tehranın boşalmış küçələrinə tamaşa edir, qayğısız bir adam kimi yavaş-yavaş yeriyirdi. M.İbrahimov.
2. Qəmsiz, kədərsiz, dərdsiz. Qayğısız adam heç kəsin dərdini çəkməz. – Bu qayğısız (z.) yaşamağı, əlqərəz; Bir şey ilə etmək olarmı əvəz? A.Səhhət. [Bəypolad:] Qayğısız bir həyatı, əcəba, hansı qız istəməz? H.Cavid. Qüdrət bu sözləri də adəti üzrə qayğısız bir təbəssümlə qarşıladı. M.Hüseyn.
3. Himayəsiz, kimsəsiz, baxımsız. Övlad özü də qayğısız qaldığını güman etməməlidir. S.Rəhimov.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

qayğısız

kaygısız


Last searches: