turklehceleri.org

qaynar

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

qaynar

sif.
1. Qaynama halında olan; yandırıcı, çox yüksək hərarətli; dağ, büryan. Qaynar su. Qaynar çay. Çiy tərəvəzi və meyvəni xörəyə salmadan əvvəl, yaxşı yumaq və üstünə qaynar su tökmək lazımdır. – Sabun zavodunda işləyən [Kərim xan Azadinin] atası qaynar sabun qazanına düşüb həlak olduğu zaman onun altı yaşı vardı. M.İbrahimov. Bu zaman qız qaynar samovarı gətirib süfrəyə qoyub, çay dəmləyib, ləb-ləb stəkanlara çay tökərək qonaqların qabağına qoyur. H.Sarabski. // Çox isti, hərarətli, qızğın, qızmar. Əsən yellər, ətir saçır bizim qaynar çöllərə. S.Vurğun. Yay günəşi o gün qaynar bir ocağı andırırdı. M.Dilbazi.
2. məc. Odlu-alovlu, canlı, ehtiraslı. Balaca Sabir bir an fikrə gedir, sonra dönüb qaynar gözləri ilə atasına baxırdı. S.Rəhimov.
3. məc. Coşqun, qızğın. Sənət nədir? O, həyatın qaynar axan çeşməsidir. S.Vurğun. Eldən elə, ölkədən ölkəyə gəzdi adı; Dolu, qaynar bir həyat yaşadı. R.Rza.
4. Qaynayan, fışqıran, qaynayıb çıxan. Lakin bəzən çıxar, hündür, qarlı dağ; Altından da çox isti qaynar bulaq. A.Səhhət. Yenə də yamyaşıl geyinir dağlar; Göz kimi durulur qaynar bulaqlar. S.Vurğun. qaynar-qaynar zərf Qaynar halda, çox isti halda. Çayı qaynar-qaynar içmək.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

qaynar

I. həraretli, isti
{hararetli, sıcak}

II. odlu, alovlu, canlı, ehtiraslı
{ateşli, alevli, dinamik, ihtiraslı}

III. coşgun, qızgın
{coşkun, kızgın}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

qaynar

sıcak


Last searches: