turklehceleri.org

qarasına

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

qarasına

zərf
1. Necə gəldi, harası gəldi, bilərək-bilməyərək; görmədiyi, bilmədiyi halda. [Qaraca çoban] gecənin zil qaranlığında o taya qarasına kəmənd atmağa başladı. M.Rzaquluzadə.
2. Dalınca, arxasınca, ünvanına. Nağdalı, yaxud Mehralı atlarını çapıb gedərkən hər dəfə babalarının qarasına başlarını bulayardılar, çünki hər dəfə babaları qarşısında duyduqları heyrət və sevinci başqa cür ifadə edə bilmirdilər. Ə.Məmmədxanlı.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

qarasına

dalınca, arxasınca
{akabinde, ardınca}


Last searches: