turklehceleri.org

qapalı

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

qapalı

sif.
1. Qapanmış, bağlı; qapısı və ya qapağı örtülmüş. Qapalı ev. Qapalı qutu. Qapalı qapı. – Küçə dükanlarından başqa hər yer qapalı idi. M.S.Ordubadi. [Sübhanverdizadə] ağzı qapalı qablara baxdı və yaxınlaşıb qapaqları bir-bir qaldırdı. S.Rəhimov.
2. Örtülü. Qapalı göz. – Qapalı ağıza milçək girməz. (Ata. sözü). İşıqsız, qapalı bir göz, de, gözmü?.. B.Vahabzadə.
3. İşlək olmayan, qabağına sədd çəkilmiş, bağlı. Qapalı yol.
4. Ucları, kənarları birləşdirilmiş. Qapalı xətt. Qapalı səth.
5. məc. Kənar adamların girməsinə, iştirak etməsinə, istifadəsinə, bilməsinə icazə verilməyən; gizli. Qapalı iclas. Qapalı məktəb. Qapalı məktub.
6. Cəmiyyətdən ayrılmış, təcrid olunmuş; yalnız öz məhdud mənafeyi ilə məşğul. Qapalı həyat. Qapalı mühit. // Ünsiyyətsiz, adamdan qaçan, ürəyini heç kəsə açmayan. Qapalı adam.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

qapalı

I. bağlı, örtülü
{bağlı, örtülü}

II. gizli
{gizli}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

qapalı

çekingen, kapalı


Last searches: