turklehceleri.org

qamış

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

qamış

is.
1. Sulaq yerlərdə bitən uzun, içiboş gövdəli, buğumlu bir bitki; qarğı. Görürsən on üç yaşında bir uşaq nə qədər ki, qamışdan at qayırıb, minib küçələri o tərəfbu tərəf kişnəyə-kişnəyə çapır, sağ və salamatdır. C.Məmmədquluzadə. Orada-burada göllənmiş suların içində adamboyu hündürlüyündə göy qamışlar ucalırdı. M.Hüseyn. // Şəkər qamışı (şirəsindən şəkər hazırlanan qamış). Şəkər qamışından qayrılmış qəndi birinci dəfə Hindistandan tacirlər Avropaya gətirdikdə Qərb əhalisinin heyrətinə mucib olmuşdur. A.Səhhət. // Qamışdan qayrılmış. Qamış qələm. Qamış çəpər. – Biz o tarixi qamış qələmlərlə deyil, iti qılınclarımızla yazmalıyıq. M.S.Ordubadi. Seyid qamış qələmi cızıqlı kağız üzərində cırıldadaraq kəşidə xətlə Tahirzadəyə şəhadətnamə yazdı. Mir Cəlal.
2. Qamış kimi içi boş və uzunca şey.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

qamış

kamış, saz


Last searches: