qamçılamaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
qamçılamaq
f.
1. Qamçı ilə vurmaq. Atları qamçılamaq. – Heyvanı rahat qoymayıb qamçıladım. S.S.Axundov. Şirəli çiynindəki tüfəngi doldurdu, atı bərk qamçıladı. M.Hüseyn. // məc. Döyəcləmək, vurmaq. Başımızın üstündə yağmur alaçığın keçələrini gum-gum qamçılayırdı. A.Şaiq. Artıq yağış başlamışdı. Qorxunc bir gurultu ilə pəncərəni qamçılayır, suyu içəri sıçradırdı. Çəmənzəminli.
2. məc. Bərk tənqid etmək, ifşa etmək; eyib və nöqsanlarını açıb göstərərək tənqid etmək. Yazıçı öz əsərində köhnə həyatın mənfi cəhətlərini qamçılayır.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
qamçılamaq
şallaqlamaq, qırmanclamaq, döyəcləmək, vurmaq
{şamarlamak, kırbaçlamak, dövmek, vurmak}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
qamçılamaq
kamçılamak