gizli
Turkish to Pure Turkish Dictionary (Kuleli, 2013)
gizli
[Köken: Anlam kayması] Yaşırın, Yaşın
Turkish—Tatar Dictionary (Ganiyev, 1998)
gizli
с. яшерен
Comparative Turkic Languages Dictionary (Ercilasun, 1991)
gizli
Türkiye Türkçesi: gizli
Azerbaycan Türkçesi: gizli
Başkurt Türkçesi: kasırılğan yäşirilgän nämä
Kazak Türkçesi: jasırındı tasalanğan bürkeme
Kırgız Türkçesi: caşırılğan katılğan
Özbek Türkçesi: yäşirin maⱨfiy
Tatar Türkçesi: kasırılğan yäşirilgän närsä
Türkmen Türkçesi: gizlḯn yaşirḯn
Uygur Türkçesi: yoşurun tiḳilgan mäⱨpi
Rusça: skrıtıy
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
gizli
1. sif. Başqası, ya başqaları üçün sirr olan, onlardan gizlədilən, çoxlarına bəlli olmayan, bilinməz olan, məlum olmayan. Gizli müqavilə. // Məxfi. Gizli məktub. Gizli sənəd. • Gizli qalmaq – heç kəsə məlum olmamaq bildirilməmək. Qalmasın sözlərin qəlbində gizli; Mən görmək istəməm çöhrəni sisli. M.Müşfiq. Gizli saxlamaq – heç kəsə məlum etməmək, başqalarına bildirməmək. Deməli, aldılar əlimdən səni; Nakam məhəbbəti gizli saxladı. M.Rahim. // Özünü büruzə verməyən, gizlin hərəkət edən, hələ üzə çıxarılmamış. Gizli qüvvə. – Gizli düşmən ilan kimidi, sürünə-sürünə gələr. (Ata. sözü). // Başqalarına məlum olmayan, ürəkdə saxlanan. Gizli fikir. Gizli hiss. – Səndən sənə gizli şikayətim var; Ey mələk ədalı, xuraman gəlin! H.Cavid. Bunun hərəsində bir məlahət, hərəsində gizli bir ləzzət var. Çəmənzəminli. // Başqaları bilməli olmayan, biri üçün sirr olan. Bağışla, sevgilim, açıq söylədim; Gizli nöqtələrə əl aparma sən. S.Vurğun. // Məhrəmanə, intim. Gizli əlaqə. Gizli görüş. – [Fəzl:] Amandır, ey qardaşım, xəlifə bu gizli görüşlərdən xəbər tutsa, beşikdəki körpələrimizə belə rəhm etməyəcək! Ə.Məmmədxanlı. // Naməlum, heç kəsin bilmədiyi və ya az adamın bildiyi. Gizli yol. Gizli cığır. – Səlim məharətlə, gizli yollar ilə düşmənin qərargahına qədər girir, ciddi hərbi əhəmiyyəti olan sənədlərdən əldə edib gətirirdi. S.Rəhimov.
2. bax. qeyri-leqal. Gizli qəzet. Gizli dərnək. Gizli fəaliyyət.
3. Açıq fəaliyyət göstərməyən; məxfi. Gizli polis. Gizli xəfiyyə idarəsi.
4. zərf Xəlvəti, gizli olaraq, gizlində, başqalarının xəbəri olmadan. Gizli gəlmək. Gizli qaçmaq. Gizli xəbər vermək. ‣ Gizli seçkilər – gizli səsvermə yolu ilə keçirilən seçkilər. Gizli səsvermə – bülletenləri və ya keçmişdə şarları qutuya salmaq yolu ilə səsvermə üsulu. gizli-gizli zərf bax. gizli 4-cü mənada. Gizli-gizli iş görmək. – Yenə də bir vuraydı qəlbimiz gizli-gizli; Sən ey əsmər bənizli! M.Müşfiq. [Uşaq] oturdu qapının küncündə, başladı gizli-gizli ağlamağa. Çəmənzəminli.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
gizli
xəlvət, məxfi
{mahrem, saklı}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
gizli
gizli, illegal, kaçamaklı, kuytu, saklı, yasak