inkvizisiya
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
inkvizisiya
[lat.] tar.
1. Düşmənləri ilə ən vəhşi və amansız üsullarla mübarizə etmək üçün katolik kilsəsinin XIII əsrin əvvəlində təşkil etdiyi məhkəmə-polis təşkilatı. Orta əsrin bir çox məşhur alimləri inkvizisiya tonqallarında yandırılmışdır. İnkvizisiya qurbanları.
2. məc. İşgəncə, əzab, zülm.