pərək
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
pərək
I. is. Girdə yastı metaldan (əsasən qızıldan, gümüşdən) düzəldilmiş yastı, ortası deşik bütöv dəyirmi nazik lövhəciklərdən ibarət qadın bəzəyi. Qızıl pərək. Gümüş pərək. // Parıldayan materialın xırda, nazik qırıntısı. Gəlinin üzünə ağ-sarı pərəklər yapışdırıb, başına parlaq cığcığa tökdüklərindən onun hər tərəfi parlayırdı. M.S.Ordubadi.
II. bax. pərə. ..Burun pərəkləri geniş açılmış .. zərif Qarabağ atı birdən qılçaları biçilmiş kimi yerə sərildi. M.Rzaquluzadə.