paxıllıq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
paxıllıq
is. Başqasının rifahına, üstünlüyünə, müvəffəqiyyətinə, xoşbəxtliyinə, qabağa getməsinə dözməmə, bundan dilxor olma, acıqlanma; gözügötürməzlik, dargözlük. [Hacı Fərəc:] ..Hər nə danışırlar qoy danışsınlar, .. hamısı paxıllıqdır. N.Vəzirov. Üzümə dost kimi bəzən gülürsən; Dalda paxıllıqdan yanıb ölürsən. S.Vurğun. • Paxıllıq etmək – dargözlük etmək, gözügötürməzlik etmək. Mahmuda xarici görünüşünə görə paxıllıq edənlər də olurdu. S.Vəliyev. Paxıllığı tutmaq – bax. paxıllıq etmək. Səfa elə baxır, elə bil ölümə məhkum olunmuş Hüsnübəyimə paxıllığı tutur, qibtə eləyir... İ.Məlikzadə. Paxıllığını çəkmək – bax. paxıllıq etmək. [Dəmir:] Sizin Qarabağ bəyləri həmişə bir-birinin paxıllığını çəkirlər.. Ə.Vəliyev.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
paxıllıq
I. həsəd, qibtə
{kıskançlık, gıpta}
II. dargözlük
{açgözlülük}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
paxıllıq
kıskançlık