turklehceleri.org

oxuşmaq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

oxuşmaq

qarş.
1. Mahnı və s. oxumaqda yarışmaq; deyişmək. Aşıqlar oxuşurlar. – ..Mən səsdə oxuyanı və mənim tək artisti indiyədək dünya yaratmayıb. Hər kəs xahiş edərsə, buyursun oxuşaq. Ə.Haqverdiyev.
2. Səs-səsə verib oxumaq; civildəşmək, ötüşmək. Quşlar gömgöy budaqlarda oturub oxuşurdular. S.S.Axundov. Meşənin tamam bülbülləri tarların səsinə cəm olmuşdular. Tar çalındıqca onlar da ağız-ağıza verib oxuşurdular. Ə.Haqverdiyev.


Last searches: