nərd
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
nərd
is. [ər.] 24 xanası olan iki çərçivəli taxtadan, 30 daşdan və iki zərdən ibarət oyun aləti. // Həmin alətlə oynanılan oyun. Axşamçağı nərd oynamağa yanıma gəlmiş dostum içəri gircək yenə də köhnə adəti üzrə ikinci mühəndisi tərif eləməyə başladı. B.Talıblı. Bir otaqdan nərdin şaqqıltısı eşidilir, o biri otaqda gərgin bir sükut içində şahmat oynanılırdı. M.Rzaquluzadə. • Nərd atmaq (vurmaq) – nərd oynamaq. [Həsrət Yusifə:] Hə, necəsən, bir əl nərd ataq, ya yuxun gəlir? B.Bayramov.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
nərd
tavla