turklehceleri.org

nümayan

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

nümayan

sif. [fars.] klas. Görünən, zahir olan, aydın olan. Çay kənarında bir meşə qaralır; O biri yanda kənd nümayandır. A.Səhhət. • Nümayan etmək (eləmək) – görsətmək, zahir etmək, aşkar etmək. Qəm büsatın xətm edibdir dövr Seyyid adına; Kim nəzərin dəhrdə hərgiz nümayan eyləməz. S.Ə.Şirvani. Zülmünü nümayan eylədin aşkar; Qurğular pozulub, sanlar itibdi. Aşıq Ələsgər. Nümayan olmaq – görünmək, zahir olmaq, aşkar olmaq. Abirudan məni sən saldın elə, ey idbar; Nagahan taki olub üzdə nümayan saqqal. M.P.Vaqif. Nümayan oldu nagah bir cənazə; Aparırlardı dəfn üçün məzarə. S.Ə.Şirvani. Hacı Mehdinin evi nümayan olur. Ə.Haqverdiyev.


Last searches: