turklehceleri.org

Müttəfiq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

müttəfiq

is. [ər.]
1. Birlikdə hərəkət etmək və ya başqa bir məqsəd üçün ittifaq bağlamış tərəflərdən hər biri. Müttəfiqinə kömək etmək. Müttəfiqlərin birgə hərəkəti. – Müttəfiqlərin təyyarələri çox vaxt .. kiçik meydançanın üstündən uçub gedirdi. S.Vəliyev. • Müttəfiq olmaq – birgə hərəkət etmək üçün saziş bağlamaq, ittifaqa daxil olmaq.
2. Həmfikir, həmrəy, əlbir, yekdil. [Yaşlı kişi:] Fəqət müxtəlif məzhəb və təriqətlərə mənsub olan müsəlmanlar hamısı bu barədə müttəfiq deyillər. S.Hüseyn. • Müttəfiq olmaq – həmrəy olmaq, həmfikir olmaq, birləşmək. ..Hər bir yanda ki, camaat istəsə ittifaq edə, əlbəttə ki, müttəfiq olanlar üçün bu bir məsləhətli iş olacaq. C.Məmmədquluzadə; // aralarında ittifaq bağlamaq.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

müttəfiq

müttefik


Last searches: