turklehceleri.org

biyar

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

biyar

is.
1. Aprel işğalından əvvəl kəndlilərin mülkədarlar üçün məcburi və müftə olaraq icra etməli olduqları mükəlləfiyyət, iş. [İmamverdi:] ..Bir ay bəylik, bir ay biyar, üç ay qış, üç ay yaz, vur-tut bir ay işləyirsən. C.Cabbarlı. // Sif. mənasında. Kənddən bir dənə biyar araba gətirib, qabanın cəmdəyini içinə yıxıb, özüm də üstündə yola düşdüm. Ə.Haqverdiyev.
2. məc. Ümumiyyətlə, zor və cəbr ilə, yaxud könülsüz görülən iş haqqında. Biyara get, bekar qalma. (Məsəl).


Last searches: