turklehceleri.org

səlahiyyət

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

səlahiyyət

is. [ər.] Vəzifəsinə görə bir işə qarışmağa, bir işi görməyə ixtiyarı, hüququ olma. [Səba:] Bilmirəm, ağanın gətirdiyi bu qədər zəngin bir hədiyyəni qəbul etməyə səlahiyyətim vardırmı? M.S.Ordubadi. Mehriban, Zeynalın öz üzərində bir “ər” olmaq sifətilə haqq və səlahiyyətini düşünürdü. S.Hüseyn. // Birinin ixtiyarı, hüququ dairəsində olan məsələlər, işlər. Məhkəmənin səlahiyyəti. Bu, mənim səlahiyyətimə daxil deyil. • Səlahiyyət vermək – ixtiyar vermək, hüquq vermək. [Xan] yerində qoyduğu Ağası bəyə xanlıqda asayişi təmin etmək üçün böyük səlahiyyət verdi. Çəmənzəminli.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

səlahiyyət

ehliyet, vekalet, yeterlik, yetki


Last searches: