turklehceleri.org

növ

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

növ

is. [ər.]
1. Dürlü, cür, təhər, çeşid. Bu növ şey görməmişəm. – Zəmani-hicrdə gah ağlayıb, gah gülürəm; Bu eşq aləminin özgə növ haləti var. S.Ə.Şirvani. • Bir növ – birtəhər, nə yaxşı, nə pis, orta, babat. [Məcid:] ..Bir növ dolanırıq. N.Vəzirov. [Molla Cümə:] Məhərrəmlik gəlincəyədək gərək bir növ dolanaq. Ə.Haqverdiyev. Bu növ – bu qaydada, bu cür, bu üsulda. İslam uşağı yatsın ayağında falaqqa; Bu növ idi təlim; Vursun buların başına həm mirzə taraqqa. M.Ə.Sabir. O növ (ilə) – o cür, o təhər, o qaydada, elə. Nə gərəkdir bizə o növ söhbətlər; Eşidiz pəndlər, nəsihətlər. S.Ə.Şirvani. Nifrət edib cümlə qaçırdı ondan; O növ ilə ki, qaçarlar taundan. A.Səhhət.
2. biol. Sistematikada: cinsin tərkibinə daxil olan və öz əsasından kəskin əlamətlərlə fərqlənməyən ayrıca qrup. Balığın növləri. Quş növləri. – Kəndin aşağısında tez-yetişən qırmızı alma növləri var. S.Rəhman. Yaylaqlardan ən yaxşı, ən çox çiçək, böcək növlərini [Bahar] toplayardı. B.Bayramov.
3. Bir şeyin başqa bir şəkli, variantı, tipi. Yeni təlim növü.
4. qram. Feildə: hərəkətin icrasının səciyyəsini göstərən qrammatik kateqoriya. Məlum növ. Məchul növ. ‣ Növi-bəşər köhn. – insan nəsli, inan cinsi, insanlar. Bəni-növi-bəşər – bax. bəniadəm (“bəni”də). [Taybuynuz öküz] həm öz cinslərinin və həm də bəni-növi-bəşərin nəzərində hörmətdən düşübdür. F.Köçərli.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

növ

cins, cür
{cins, tür}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

növ

cins, çeşit, kalite, oluk, tür, türlü


Last searches: