müyəssər
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
müyəssər
sif. [ər.] Asanlıqla hasil olan, asan başa gələn, imkan daxilində olan; mümkün, asan, qolay. Şah idim mən cahanda izzətlə; Hər murad istəsəm müyəssər idi. S.Ə.Şirvani. Oğlan qızı və qız oğlanı görmək ancaq qohumlarda müyəssərdir. R.Əfəndiyev. • Müyəssər olmaq – mümkün olmaq, imkan daxilində olmaq, başa gəlmək, əldə edilə bilmək: nəsib olmaq. [Ağabəyim] Vaqifi görmüşdü, lakin onun məclisində olmaq, onunla danışmaq hələ ona müyəssər olmamışdı. Çəmənzəminli. [Hacı Kamyab:] Hər adama müyəssər olan rütbə deyil. Ə.Haqverdiyev.