mücahid
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
mücahid
is. [ər.]
1. tar. İranda: azadlıq hərəkatında iştirak edən adama verilən ad; fədai, üsyançı. Səttar xanın mücahidləri. – [Bağır xan:] Mücahidlər, igidlik və imtahan vaxtıdır. M.S.Ordubadi. Qorxu bilməz mücahidlər, bağrında yapa; Atıldılar vuruşlara vətən eşqilə. S.Rüstəm.
2. məc. Bir məslək yolunda fədakarcasına çalışan, mübarizə edən adam; fədakar. Bəli, təbiət həmişə Aslan kimi yüksək ruhlu, pak və saf ürəkli mücahidlər yetirir. C.Cabbarlı. [H.Ərəblinski] elə zənn edirdi ki, bunun ətrafına toplaşanlar artist deyil, avamlıqla, irtica ilə mübarizə aparan mücahidlərdir. S.Rəhman.
3. Din yolunda müharibə edən, cihad edən.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
mücahid
mücahit