mübah
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
mübah
sif. [ər.] köhn.
1. Dinə görə nə halal, nə də haram sayılan, edilməsi və ya edilməməsi könüllü, ixtiyari olan. Çün gözün sərməstü ləlindir şərab; Mey mübah oldu və sufilik həram. Nəsimi. Məni qazi sənə nikah eləsin; Bu həram əmri ol mübah eləsin. S.Ə.Şirvani. [Hacı:] Bütün müstəbid mollalar məşrutəçilərin qanlarını mübah, mallarını halal yazıblar. P.Makulu.
2. Bol, bərəkətli, bolluq. Dağlar çəkər ah sənsiz; İl olmaz mübah sənsiz; Gecələr ilə dönüb; Açılmır sabah sənsiz. (Bayatı). [Molla Qurban:] İnşallah, yağış da yağacaq, il də mübah gələcək, camaat! Ə.Vəliyev.