turklehceleri.org

müamilə

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

müamilə

is. [ər.]
1. köhn. Rəftar, münasibət, davranış. [Molla Güləndam] qonşuların müamiləsindən .. məlumat istərdi. Çəmənzəminli. Xədicənin mənə qarşı .. bu müamiləsindən mütəəssir olmaya bilməzdim. S.Hüseyn. • Müamilə etmək – rəftar etmək, yola getmək, bu və ya başqa cür əlaqə, münasibət göstərmək. Əsgər Züleyxanı əsla döyməzdi, söyməzdi, amma elə müamilə edərdi ki, bu, döyməkdən də, söyməkdən də betər idi. C.Cabbarlı.
2. Alış-veriş, ticarət, alver. Banki-şahi bu müamilədən heç bir yaxşı şey qazana bilməz. P.Makulu.
3. İstifadə və ya borc olaraq verilən pul müqabilində alınan faiz; sələm. Müamilə ilə pul götürmək. – [Məşədi İbad:] [Daşdəmir bəy] mənə iki min manat pul verəcəkdir və səkkiz yüz otuz altı manat on dörd şahı müamiləsi edir. Ü.Hacıbəyov. [Cavad:] Sən bəylərdən yüz manat müamilə alırsan, mənim də səndə otuz manatım qalıb. Ə.Haqverdiyev.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

müamilə

alış-veriş, alver
{alışveriş, alım satım}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

müamilə

muamele


Last searches: