turklehceleri.org

motalpapaq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

motalpapaq

(=motalpapaqlı)
1. sif. Motal papaq geyinmiş, başında motal papaq olan. Motalpapaqlı kəndli bir söz deməyib, vaqon biletçisinin göstərdiyi skamyada .. yer tutdu. T.Ş.Simurq. ..Motalpapaq iki kəndçi çiyinlərində xurcun, gəlib mənim yanımda dayandılar. Qantəmir. // İs. mənasında. Kostyumlu, qalstuklu, üzü təmiz qırxılmış adamlarla yanaşı, motalpapaqlılar, üzünü tük basmış, saçsaqqalı bir-birinə qarışmışlar da vardı. M.İbrahimov.
2. is. 1920-ci il aprel inqilabından əvvəl kəndliyə verilən təhqiramiz ad. [Naçalnik:] Mahmud bəy, nə kömək? İgidlərə bax! Bəylərə motalpapaq? S.Rüstəm.


Last searches: