ləzzətli
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
ləzzətli
sif.
1. Ləzzət verən, dadlı, yeməli, tamı gözəl. Ləzzətli xörək. Ləzzətli yeməklər. – Məşədi İmaməli çox ləzzətli plova və bal qayğanağına bizi qonaq elədi. C.Məmmədquluzadə. Xörəklər olduqca lətif və ləzzətli idi. M.S.Ordubadi. Bütün nahar dəstgahı qızıl qablarda gəldi; Qızıl piyalələrdə ləzzətli mey verildi. B.Vahabzadə.
2. məc. Xoşagələn, xoş. Sözü ləzzətli, şirindilli uşaqdır uşağım; Nə ədəb vaxtıdı, qoy söysün, uşaqdır uşağım! M.Ə.Sabir. [Əhməd:] Xeyr aa, elə adam deyil, ləzzətli oğlandır. N.Vəzirov.
3. məc. Ürəyəyatan, zövqverən, xoşagələn; xoşlanılacaq, şirin. Ver pulunu dadlı, ləzzətli zad al! Qoy babalın boyuma, get arvad al! M.Ə.Sabir. Ləzzətli xəyalatdan, bir söz də olsa, Əhməd yadında bir şey saxlamamışdı. B.Talıblı.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
ləzzətli
I. zövqlü, nəş’əli
{zevkli, neşeli}
II. dadlı, tamlı
{tatlı, leziz}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
ləzzətli
lezzetli