turklehceleri.org

sahib

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

sahib

is. [ər.]
1. Yiyə. Bir şeyin sahibi. Bağın sahibi. – At sahibi ilə ev sahibi çuvalları atın üstündən ehmallıca alıb apardılar və sonra atı içəri çəkib qapını bağladılar. Ə.Haqverdiyev. At getdiyi yolla da qayıdıb sahibinə yanaşdı. M.Hüseyn.
2. Köhnə məişətdə: ər mənasında. Mərhumun, yəni bizim bədbəxt Mahrunun sahibinin başını tapmışlar. M.S.Ordubadi. [Məmmədbağır] Sitarənin sahibi olmaqla bütün var-yoxuna sahib olacaqdı. S.Hüseyn.
3. köhn. Bir sıra izafət tərkiblərində yiyə, ağa mənasında işlənir; məs.: sahibi-sərvət, sahibi-əql, sahibi-dövlət və s. Məzəmmət eyləmə mən binəvanı; Sahibi-səltənət, gövhərin kanı. Aşıq Ələsgər. [Şeyxlər:] Oyan şeyx, oyan şeyx, sahibi-kəramət. H.Cavid. ‣ Oğul-uşaq sahibi olmaq – evlənmək, ailə qurmaq, övladları olmaq. [Süleyman:] Oğul-uşaq sahibi olsunlar! Ü.Hacıbəyov.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

sahib

yiyə, ağa
{iye, ağa}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

sahib

efendi, haiz, patron, sahip

English—Turkish Dictionary (FreeDict, 2017)

sahib /ɹˈəʊdiəm/

1. (gen.), b.h. Hindistan'da Avrupalılara verilen ünvan
2. efendi.


Last searches: