lotuluq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
lotuluq
is. dan. Kələkbazlıq, fırıldaqçılıq, biclik, hiyləbazlıq. ..Amma indiyədək bizi qoymuyublar bir dərvişin hoqqabazlığını tənqid edək, bir mərsiyəxanın lotuluğunu tənqid edək. C.Məmmədquluzadə. [Rəsul:] Hər kəs bir lotuluqla çıxır meydana, camaatın qulağını kəsir. Ə.Haqverdiyev. • Lotuluq eləmək – aldatmaq, kələk gəlmək, biclik eləmək, hiyləbazlıq etmək; // zarafat etmək, kələkbazlıq etmək. [Rüstəm bəy:] [Cavan oğlan] qızın öz dayısıdır. Səninlə lotuluq eləyibdir, sən də inanırsan. Ü.Hacıbəyov. Özünü lotuluğa qoymaq – özünü xəbərsiz kimi, bilməyən kimi göstərmək, lotuluq eləmək. [Molla:] Guya ki, bilmirsən nə olub?.. Özünü lotuluğa qoyma? “M.N.lətif.”
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
lotuluq
fırıldaqçılıq, oğruluq, xəspuşluq, dələduzluq, kələkbazlıq, biclik, hiyləgərlik, fəndgirlik
{fırıldakçılık, hırsızlık, soygunculuk, yalancılık, düzenbazlık, dolandırıcılık, hilekârlık, kalpazanlık}