labüd
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
labüd
zərf [ər.]
1. Yerinə yetirilməsi, icrası vacib olan, zəruri olan; mütləq. ..Bayramda həlviyyat xonçası üstə bir əlbisəlik ipək parça labüd gedəcəkdir. R.Əfəndiyev. // Mütləq olmalı olan, qaçılmaz, qarşısıalınmaz, zəruri. • Labüd olmaq – vacib olmaq, zəruri olmaq. [Mürtəce ünsürlər] xalqın və məmləkətin tərəqqisi üçün labüd olan bu məsələlərin həllini tələb edən hər kəsi .. töhmətləndirirlər. M.İbrahimov.
2. Məcbur, çarəsiz, əlacsız, naçar, istəristəməz, məcburiyyət qarşısında. [Şah Abbas:] Ona binaən labüddəm ki, talaqınızı verib cümlənizi azad edim ki, hər kəsə meyliniz olsa, ona ixtiyar edəsiniz. M.F.Axundzadə. Sabira, torpağa saldı sayə rəna dilbərim; Gər mələk olsam da, labüd səcdeyi-xak eylərəm. M.Ə.Sabir. • Labüd qalmaq – zəruriyyət qarşısında məcbur olmaq, əlacsız qalmaq, çarəsiz qalmaq. Mən labüd qaldım, [hamballara] deyim ki, bir surətdə ki, bunlar bizə qulaq asmırlar, bizə bunların xidməti heç lazım deyil. C.Məmmədquluzadə. Pul çox, amma xərc eləməyə yer tapmayırıq, labüd qalıb, pullarımızı xarici vilayətlərdə xərc eləyirik. Ə.Haqverdiyev.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
labüd
zəruri, vacib, lazımlı, olumlu
{gerekli, önemli, lüzumlu, olumlu}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
labüd
kaçınılmaz