turklehceleri.org

kəramət

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

kəramət

is. [ər.]
1. Alicənablıq, xeyirxahlıq, mərhəmət, səxavət, lütfkarlıq. ..Bəlkə ağanın fəzilətinin kəramət və mərhəmətindən mənim həmşəhərlilərim bibəhrə qalmasınlar. C.Məmmədquluzadə. Kəramət etmək (qılmaq, buyurmaq) köhn. – lütf etmək, bağışlamaq, vermək. [Pəri xanım Vəzirə:] Allah sənə, qızım Şölə xanımdan bir oğlan kəramət eləsin. M.F.Axundzadə. Kəramətə gəlmək – səxavətə gəlmək, əliaçıqlıq göstərmək; lütf etmək.
2. köhn. Müsəlmanların təsəvvürünə görə, övliyalardan, Allahdan və b. müqəddəslərdən sadir olan bəzi xariqüladə işlər, ecazkar qüvvə, möcüzələr. Pir mənimdir, kəramətini bilirəm. (Ata. sözü). Ağlamaq möminin əlamətidir; Nəbinin dininin xoş adətidir; Əgər bilsən həqqin kəramətidir; Ta gedincə nuri bəsər ağlarsan! M.V.Vidadi. [Xortdan:] Bu pirin kəramətinin nədən ibarət olduğu adından anlaşılır. Ə.Haqverdiyev.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

kəramət

I. bacarıq, fərasət
{beceri, akıl}

II. mərdlik, alicənablıq, comərdlik, mərhəmət, rəğbət, lütf, rəhm
{mertlik, eli açıklık, cömertlik, hoşgörü, hayır, lütuf, rahmet}


Last searches: