kəmsik
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
kəmsik
I. is. İtin boynuna bağlanan ip, xalta. [Güləli] ..Ala iti kəmsiyindən açıb yanına aldı, ulu babasından qalan çaxmaqlı tüfəngi də çiyninə saldı. S.Rəhimov. ‣ Kəmsiyini çeynəmək (gəmirmək) – hirsindən boğulmaq, son dərəcə hirslənmək, qəzəblənmək, intiqam üçün fürsət axtarmaq. Fərəc bəyin hirsi daha da çoxalır. Bığlarının ucunu ağzına salıb kəmsiyini gəmirən it kimi çeynəməyə başlayır. Ə.Vəliyev. Kəmsiyini qırmaq – həddini aşmaq, həddini keçmək. Başına kəmsik salmaq (keçirmək) – çox incitmək, zülm etmək, əziyyət vermək. [Naçalnik:] Vallah, dağda atanızı yandıracağam, başınıza kəmsik salacağam. “Qaçaq Nəbi”.
II. is. dan. Çatışmayan, əlavə edilməli olan hissə, parça. Kəmsiyi var.