turklehceleri.org

kəcavə

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

kəcavə

is. [fars.] Keçmişdə Şərqdə: səfərə çıxan adlı-sanlı adamlar üçün minik heyvanlarının, adətən, dəvənin üstündə düzəldilən örtülü yer. Nigar xanımı atdan düşürüb, kəcavəyə mindirdilər. “Koroğlu”. [Fazil:] ..Bu vilayətdə olan dəli kişilərin övrətləri .. gərək öz ərlərinin qardaşlarına siğə olub bu kəcavələrə əyləşsinlər. C.Məmmədquluzadə. Qadınların istiqbalçı qafiləsi taxt-rəvan və kəcavələrdə gedir və hər kəsin nəzərini özünə cəlb edirdi. M.S.Ordubadi.


Last searches: