turklehceleri.org

karvansara

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

karvansara

is. [fars.]
1. Özgə yerlərdən gələn karvanların və yolçuların müvəqqəti qalması, qoşqu heyvanları və minik vəsaitinin saxlanması üçün böyük həyəti olan xüsusi bina. [Qərib] küçələrdə gəzə-gəzə bir adam axtarırdı ki, karvansaranı soruşsun, bir də gəlib bir meydana çıxdı. “Koroğlu”. [Yusif şah] əmr elədi ki, hər yerdə yollar təmir olunsun və lazım məqamlarda və mənzillərdə körpülər və karvansaralar tikilsin. M.F.Axundzadə.
2. məc. zar. Qonağı, gəlib-gedəni çox olan yer haqqında. Ev dönüb karvansaraya.
3. mən. Böyük, geniş yer mənasında. Araba karvansara kimi böyük bir həyətə girdi. A.Şaiq.
4. məc. dan. Yoxsul, kasıb, içində müxəlləfatı, dir-dirriyi olmayan mənzil haqqında. Evi karvansaraya oxşayır.


Last searches: