turklehceleri.org

küləş

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

küləş

is.
1. Taxıl döyüldükdən sonra qalan quru çöplər; iri saman. Dəni küləşdən ayırmaq. Damı küləşlə örtmək. – Məşədi Ağakişi əlində yaba küləşi eşələyib qarışdırır. C.Məmmədquluzadə. Məktəb binası köhnə, üstü küləşlə örtülmüş yastı-yapalaq bir dam idi. Q.İlkin. // Bəzən həsir mənasında. [Zirzəmiyə] küləş şlyapalı uzun bir adam girdi. S.Vəliyev.
2. məh. bax. kövşən 2-ci mənada. Safo .. ya ayaqyalın, ya yamaqlı bir çarıqda gəzir, onun-bunun küləşində başaqçılıq eləyir. S.Rəhimov.


Last searches: