kötük
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
kötük
is.
1. Ağacın yerdən iri budaqlarına qədər olan hissəsi; oduncaq. Ağacın kötüyünü kəsmək. – [Piri-fani:] O zaman bu qurumuş ağac kötüyü göyərər.. S.S.Axundov. O gözəlin adını mənim nəzərlərimdə; Qurumuş bir ağacın kötüyünə yazdılar. S.Rüstəm. Sinəmdə ürəyim buz bağlayıbdır; Budağı budanmış kötük olmuşam. B.Vahabzadə.
2. Ağacın qalın yerindən, oduncağından kəsilən bir hissə. Kötüyün üstündə odun doğramaq. Ət kötüyü (üstündə ət doğramaq, kəsmək üçün kötük). – Ocağa böyük kötüklər qoyub yandırdılar. S.S.Axundov. Bığı xınalı, dəvərəgöz bir qəssab kötüyün üstündə ət doğrayırdı. Mir Cəlal.
3. Bir şey işləndikdən sonra qalıb atılan hissəsi. Siqaret kötüyü. – Yalnız indi başını dik qaldıran Xəlil onun ardınca baxdı, papirosunun kötüyünü yerə çırpıb ayağı altında tapdaladı. M.Hüseyn. // Qəbz və s. kəsildikdən sonra dəftərçədə qalan hissəsi. Qəbzin kötüyü. Bloknotun kötüyü. // Kitabın, dəftərin tikilmiş olduğu yer.
4. məc. Yaşlı adam, yaşca ən böyük, qoca, ixtiyar mənasında. Evin kötüyü. Baba nəslin kötüyüdür.
5. Kök, rişə. Ağacın kötüyünü çıxarmaq. Kolun kötüklərini qırmaq. – [Gilənin] axşamdan basdırdığı qaratikan kötüyü lülə köz olmuşdu. Ə.Vəliyev. • Kötük diş – sınmış, çürümüş dişin ətin içərisində qalan hissəsi. // məc. Əsas, bünövrə, kök. Etiqad əsl kötükdür, hər əməl şaxəvü bər. S.Ə.Şirvani.
6. sif. mənasında. Kök, şişman, qalın. Kötük əl. Kötük adam.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
kötük
kütük