turklehceleri.org

komendant

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

komendant

[fr.]
1. Qalada, yaxud istehkam halına salınmış rayonda yerləşən bütün qoşunların başçısı. Qala komendantı.
2. Qarnizonda nizam-intizama və hərbi xidmətin düzgün aparılmasına nəzarət edən zabit. Şəhər komendantı. Lager komendantı. – Bakıda komendant patrulları çox olardı. Ə.Əbülhəsən. Alman komendantının əmrinə görə cənazələr üç gün camaatın gözü qarşısında qalmalı idi. Ə.Sadıq.
3. Yollarda ordu hissələrinin və hərbi yüklərin hərəkətinə nəzarət edən şəxs.
4. Hər hansı bir ictimai binanın, evin müdiri. Ümumi yataqxana komendantı. – [Məzlum:] Bu gündən komendant məni öz yanına aparır. S.Vəliyev. ‣ Komendant saatı – hərbi və ya mühasirə vəziyyəti elan edildikdə müəyyən saatlarda xüsusi icazə olmadan küçələrə çıxmağın qadağan edilməsi.

Uzbek—English Dictionary (Dirks, 2005)

komendant

(Russian) commandant; supervisor, warden.


Last searches: