kabab
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
kabab
is. [ər.] Köz üstündə şişdə, yaxud od üzərində tavada doğranmış ətdən, balıqdan bişirilmiş xörək. Kabab bişirmək. Kababa qonaq etmək. Kabab çəkmək (tikə ətləri şişə keçirmək). – Kababı köz öldürər; İgidi söz öldürər. (Ata. sözü). ..Evin dalında Şaqqulu manqalın üstə kabab bişirirdi. Çəmənzəminli. [Səmədin] burnuna xoş, ağız sulandıran kabab iyi dəydi. İ.Hüseynov. ‣ Kabab etmək (ciyərini, ürəyini) klas. məc. – yandırmaq, yaxmaq. Odlara salıb fəraqət əhlin; Yaxub cigərin kabab edən eşq! Xətayi. Könül, uyma bivəfayə; Axır səni xarab eylər; Salıb eşqin atəşinə; Cigərini kabab eylər. Q.Zakir. Kabab olmaq (ürəyi və s.) – od tutub yanmaq, alışıb-yanmaq. Ürəyi kabab oldu. – Atəşi-eşqində dil kabab olmuş; Dolanır, çevrilir pərvanələnmiş. M.V.Vidadi. Füqəralar yanıbən zülm oduna oldu kəbab. S.Ə.Şirvani. Kababa dönmək məc. – yanmaq, yaxılmaq. [Umud:] Dilin də yoxdu? Qalx yuxarı. Əslidən soruş. Denən dədəmin ciyəri kababa dönüb. İ.Məlikzadə.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
kabab
kebap