ixtisas
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
ixtisas
is. [ər.] Elmin, texnikanın, sənətin, yaxud incəsənətin ayrıca sahəsi. O, mühəndis ixtisasını seçmişdir. – [Fərman] yenicə imtahan verərək, maşinist ixtisasını qazandığından sevinirdi.. Ə.Sadıq. // Xüsusi hazırlıq nəticəsində əldə edilmiş bilik, sənət, peşə. İxtisasını artırmaq. Qazmaçı ixtisası. İxtisası üzrə işləmək. – [Ənisənin] əmək bursasında bir ixtisası olmadığı üçün qeyd etməyirdilər. S.Hüseyn. Kamal orta məktəbi əla qiymətlə bitirmişdi, .. gələcək ixtisas barəsində düşünürdü. M.Rzaquluzadə. [Sehrbaz] ixtisasının bütün sirlərini böyük həvəslə öz zirək köməkçisinə öyrədirdi. S.Vəliyev.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
ixtisas
sənət, peşə
{sanat, pişe}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
ixtisas
branş, dal, ihtisas
Uyghur—Turkish Dictionary (Kurban, 2016)
ixtisas
a. İhtisas.