turklehceleri.org

itirmək

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

itirmək

f.
1. Diqqətsizlik üzündən harada isə salmaq, yaxud məlum olmayan yerə qoymaq, hara qoyduğunu bilməmək. Açarı itirmək. – ..Mən .. gördüm, pullarını itirmişdi, bütün ciblərini axtardı, çevirdi, axırda birindən tapdı. C.Cabbarlı. // Qeyb etmək, əlindən çıxarmaq. ..Sevdiyi qızı həmişəlik itirə biləcəyi fikri [gənci] dəli edə bilərdi. Ə.Əbülhəsən. 2 məc. Məhrum olmaq, qeyb etmək. Oğlunu itirmək. Ərini itirmək. Dostunu itirmək. – Zəhra analarını itirmiş bu üç qızın halını, ürək parçalayan səmimi göz yaşlarını görərək ixtiyarsız gözləri yaşardı. S.Hüseyn. • Ata-anasını (ata və anasını) itirmək – yetim qalmaq. Lap balaca yaşlarında o, ata və anasını itirmişdi. M.İbrahimov.
3. Malik olduğu əvvəlki keyfiyyətindən məhrum olmaq. Təravətini itirmək. Danışıq qabiliyyətini itirmək. İşləmək qabiliyyətini itirmək. – Araba yolunun kənarlarındakı qanqal və sirkanlar yaşıl rəngini çoxdan itirib bozarmışdı. M.İbrahimov. Sonradan kor olanlar gün işığından danışan kimi [Səttarzadə] də itirdiyi cavanlığından həsrətlə danışır. Mir Cəlal.
4. Hədər yerə, mənasız, səmərəsiz sərf etmək. Boş-boşuna pul itirmək. – Dünənki aydın havada Cavanşir qəsəbəsindən çıxmaması, günü hədər itirməsi Zərrintac xanımı ağrıdır. S.Rəhimov.
5. Yox etmək, yoxa çıxarmaq. Deyərəm, nökərlər başını kəsər; İtirərlər, qalmaz səndən bir əsər! H.K.Sanılı. // Qovmaq, rədd etmək.
6. məc. Örtmək, gizlətmək. Bu gün [Salmanın] paltarı bədəninin yastı-yapalaqlığını bir qədər itirirdi. M.İbrahimov.
7. bax. itirtmək. [Əhməd:] ..Hərgah Cabbar bəy razı olsa, mən onun oğlunu bir gündə bu vilayətdən itirrəm. N.Vəzirov.
8. Köməkçi feil kimi isimlərlə yanaşı işlədilərək mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: ağlını itirmək, başını itirmək, özünü itirmək, huşunu itirmək.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

itirmək

kaybetmek


Last searches: