turklehceleri.org

isə

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

isə

bağl.
1. Qarşılıq bildirən bağlayıcılardan olub, əksərən tabesiz mürəkkəb cümlə tərkibindəki cümlələri və bəzən həmcins üzvləri bağlayır. Onlardan biri həkim, o birisi isə mühəndisdir. Onun işi çox, vaxtı isə azdır. – Xoruzlar banlaşır, [Turab] isə yata bilmirdi. M.Hüseyn. ..Sədr ilə Eyvaz stolun bir tərəfində, Gülşən isə o biri tərəfində oturmuşdu. Ə.Vəliyev.
2. “Əgər”, “hərgah” mənasında ədat yerində işlənir. [Cəllad:] Pək suçlu isəm, görməli məzur; Aclıq məni etmiş buna məcbur. H.Cavid. // Qeyri-müəyyənlik bildirir. Bu sözləri harada isə oxumuşam. Onu harada isə görmüşəm. – Ara-sıra haradan isə vahiməli bayquş səsi gəlirdi. M.İbrahimov. Yoldaşım göy otun üzərində uzanıb əlindəki tüfənglə haranı isə nişan almaq istəyirdi. S.Şamilov. // Halbuki. Biz onu burada gözləyirik, o isə çıxıb gedib. – Yusif isə ancaq bu görüşməyin barəsində fikir edirdi. N.Nərimanov.


Last searches: