turklehceleri.org

istirahət

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

istirahət

is. [ər.] Dincəlmə, rahatlanma; dinclik, rahatlıq. [Odunçu:] Bu nə gündür, nə dirilikdir ki, heç bir istirahət yox. Ü.Hacıbəyov. [Qulu:] Hər gün saat birdən üçə qədər .. istirahət saatlarıdır. İ.Əfəndiyev. Bura [pəncərə qabağı] Sultanın bir növ istirahət yeri idi. İ.Hüseynov. • İstirahət etmək (eləmək) – dincəlmək, rahatlanmaq, yorğunluğunu almaq, dincini almaq. [Əhməd atasına:] İndi sən əyləş burada, nə qədər kefindir istirahət elə. Ə.Haqverdiyev. İmtahandan sonra adam istirahət etmək istəyir. H.Seyidbəyli. İstirahət evi – zəhmətkeşlərin istirahətinə xidmət edən səhiyyə müəssisəsi. Bizim aramızda Şuşa istirahət evlərindən qayıdan işçiləri .. olduğu kimi, yeddi-səkkiz nəfər gənc tələbə .. vardı. S.Hüseyn. [Dostum:] Hələ bundan başqa, istirahət evlərində, sanatoriyalarda istirahət edənlər nə qədərdir.. M.Rzaquluzadə. İstirahət günü – işdən azad gün. Mənim bu gün istirahət günüm olduğu üçün işləməyəcəyəm. H.Nəzərli. [İnci:] İstirahət günü arvadını gözüyaşlı qoyub buralarda hərlənməzsən. S.Rəhman.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

istirahət

dinclik, rahatlıq
{huzur, rahatlık}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

istirahət

dinlenme, istirahat, tatil


Last searches: